GİRİŞ QAYDALARI
VİZA DƏSTƏYİ
UÇUŞ PROQRAMI
FAYDALI MƏLUMAT
TÖVSİYƏ OLUNAN OTELLƏR
GUEST HOUSE-LAR ÜÇÜN TRANSFER CƏDVƏLİ
MALDİV OTELLƏRİN DEPOZİTLƏRİ
MALDIV ADALARI ÜÇÜN ONLAYN KATALOQ
VIP XİDMƏT
SIĞORTA
QRUP BRONLAŞDIRMA ŞƏRTLƏRİ
GDS TURLARININ BRONLAŞDIRMA ŞƏRTLƏRİ
PAKETİN İÇİNƏ DAXİLDİR:
- Bakı - Malé - Bakı aviareysi (müntəzəm tranzit uçuşlarla)
- oteldə seçilmiş qidalanma növü ilə gecələmə
* Adətən, otağa yerləşmə saatı 14:00-15:00-dan sonra, otaqdan çıxış saatı 11:00-12:00-ə kimi baş verir. Erkən gəliş və gec uçuşlar olan zaman istəyə uygun otaga erkən yerləşmə və ya gec çıxışı əlavə ödənişlə bron etmək mümkündür.
- kurort Vergisi Green Tax - günü 12 USD adambaşına (mütləq əlavə ödəniş)
- Malé hava limanı - otel - Malé hava limanı transferi (qayıq, təyyarə və s.)
* Təyyarə ilə transfer yalnız gündüz vaxtı (təxminən 06:00-dan 16:00-dək) həyata keçirilir.
Diqqət! Aviaşirkətlərin qaydalarına görə, müntəzəm reyslərdə həm yazılmış həm yazılmamış biletlərdə pasport məlumatlarına düzəlişlər sorğu əsasında cərimələrlə həyata keçirilir.
VACİB MƏLUMAT! Beynəlxalq Male hava limanına saat 15:30-dan sonra gələn və ya saat 09:00-dan əvvəl uçuşu olan qonaqlar, Male şəhərində bir gecə qalmalı və ya digər transfer növünü seçməlidirlər (əgər belə bir seçim mövcuddursa!). Ətraflı məlumat üçün menecerinizə müraciət edə bilərsiniz.
ƏLAVƏ ÖDƏNİŞLƏ:
- körpə üçün uçuş talonunun əlavə ödənişi (körpənin yaşı gediş və dönüşdə 2 yaşdan çox olmamalıdır)
- transferin körpə üçün əlavə ödənişi (aeroport - otel - aeroport) - rezervasiya zamanı dəqiqləşdirilir
- körpə üçün sığorta əlavə olaraq ödənilir
- Bayram şam yeməyi (mövcud olduqda)
- erkən giriş / gec çıxış
- tibbi sığorta
* Əlavə ödənişlər nəzərə alınmaqla turun son qiyməti bronlaşdırma zamanı hesablandıqda göstərilir.
VACİB MƏLUMAT! Turistlərin məlumatlarının düzgünlüyünə görə məsuliyyət agentliyin üzərinə düşür.
Diqqətinizə çatdırmaq istəyirik ki, Male hava limanına gəliş zamanı uçuşların gecikməsi halı və ya digər fövqəladə hallar baş verdikdə, Maldivlərdə transferlərin təşkil olunmasından və otellərin hava limanından məsafədən asılı olarag, otel transferi növbəti günə keçirə bilər. Bu halda qonaqlar əlavə ödənişlə Hulhumaledə gecələməni özləri ödəməlidirlər. İstifadə olunmamış gecənin qaytarılması otelin qərarına əsasən həyata keçirilir.
VACİB MƏLUMAT! Yerli əhalinin yaşadıgı adaların şəhər plajlarında çimərlik paltarı ilə üzmək qadağandır. Turistlər üçün xüsusi "bikini beach"lər mövcuddur. Hulhumale adasında belə plajlar yoxdur, yalnız şəhər plajı vardır.
* Hörmətli həmkarlar! Bayram tarixlərini bron edərkən Yeni il və Milad şam yeməklərinin mövcudluğunu və qiymətini dəqiqləşdirməyi xahiş edirik.
* Hörmətli həmkarlar! Ən ehtimal olunan tarif hesablanmışdır. Reysdə yer sayısınnan asılı olaraq qiymət artımı və ya birləşmə şərtlərinin pisləşməsi mümkündür.
Diqqət! GDS turların ödənişi bron təsdiqləndikdən sonra 1 iş günü ərzində tam olaraq həyata keçirilməlidir.
VACİB MƏLUMAT! Bütün səyahət edən sərnişinlər uçuşdan 96 saat əvvəl Travel Health Declaration (Səyahət Sağlamlıq Bəyanatı) doldurmalıdırlar. |